İrana qarşı strateji səbir uğursuz yanaşmadır.
İrana qarşı strateji səbir uğursuz yanaşmadır.
TİA.AZ xəbər verir ki, bu barədə mövqeyini Dövlət katibi Reks Tillerson ABŞ Dövlət Departamentində çıxışı zamanı təkrarlayıb.
“İran probleminin hərtərəfli həlli üçün ondan gələn bütün təhdidlər dayandırılmalıdır. İran, həmçinin, dünyada terrorizmə sponsor olan dövlətlərdən biridir. O, ABŞ-ın Suriya, Yəmən, İraq və Livandakı maraqlarına ziyan vurur və İsrailə qarşı hücum etməkdə davam edir. Əgər İranın qarşısını almasaq, o da Şimali Koreyanın yolunu gedəcək”, – Tillerson deyib.