İranın parçalanması, dağılması… Hərbi ekspertbackend

İranın parçalanması, dağılması… Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrailin İrana hücumu sadəcə olaraq əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb”. Bunu “Axios” saytının müxbiri Barak Ravid CNN-ə açıqlamasında deyib.
O bildirib ki, proses dayanmayıb. “Yəqin ki, bu həftə hücumlar həyata keçiriləcək”. İsrailin İrana hücum etməsi həqiqətən gözləniləndirmi və bu dünya miqyasında və regionda hansı problemlərə səbəb ola bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hərbi ekspert Elxan Şıxaliyev bildirib ki, hər bir halda, indiki mərhələdə gözləntilər İsrailin nə zaman İrana zərbələr endirəcəyi müzakirələridir. Görünən odur ki, artıq İsrail bunun qərarını verib. Xüsusən də ABŞ-ın kəşfiyyat orqanlarının vasitəçiliyi ilə hansı hədəflərin vurulacağı da qərarlaşdırılıb.

Ekspertin sözlərinə görə, məsələ zaman məsələsidir. Zamanın ertələnməsinin də səbəbi ni mən düşünürəm ki, İsrail Qəzzada apardığı əməliyyatlarda həm də Livanda apardığı əməliyyatlarda özünün siyasi-hərbi hədəflərini tamamlamadan zaman qərarını verməyəcək.

“Çünki iki cəbhədə əməliyyatlar aparmaq həm Qəzzada HƏMAS-a qarşı həm də Livanda Hizbullah-a qarşı əməliyyatlar tamamlanmadan üçüncü cəbhənin açılması, İran üzərindən İsrail üçün arzuolunmaz ola bilər. Amma bu anlama gəlməz ki, İsrail bu qərarını, İrana zərbələr endirməsini həyata keçirməyəcək.

Düşünürəm ki, artıq bir neçə ölkə, Türkiyə də özünün hava relslərini İran üzərindən, mümkün olacaq bu coğrafiya üzərindən həyata keçirilməsi İranın hava məkanı üzərindən dayandırıblarsa bu artıq sonuncu hazırlıqların mərhələsi kimi qiymətləndirilir. Adətən zərbələr endirilmədən öncə bu hava məkanına daxil ola biləcək hava vasitələrinin ölkələrə xəbərdarlıq edilir ki, arzuolunmaz vəziyyət yaranmasın. İsrailin ən yaxın zamanda İrana zərbələr endirməsi reallaşmaq üzrə zamana daxil olur. ABŞ-la bu planları idarə edəcəkləri üçün burada həm İranın əsas 3 istiqamətdə mövcud ola biləcək hədəfləri hədəf alınmış vəziyyətdə ola bilərdi. Atom silahının əldə edilməsinin, nüvənin zənginləşdirilməsinin və reaktorlara zərbələrin endirilməsi birinci hədəf olaraq müzakirələr bunun üzərinədir. İkinci neft və qaz hasilatı aparan, istehsal edən infrastrukturun hədəfə alınmasıdır ki, İran hər bir halda müharibənin nəticəsində iqtisadi vəziyyətlə itirəcəyi iqtisadi dividentləri nəzərə alsın. Üçüncü də İranın silahlı qüvvələri xüsusən də SEPAH-ın hərbi infrastrukturunun, hərbi ayradromların, müdafiə sistemləri, depolar, anbarlar, hərbi sursatın depolarını həyata keçirən infrastrukturlardır. Bunların da hədəflərin sırf hansı hədəflər üzərinə endirilməsi qərarını necə olduğuna dair sahədəki zərbələrdən görəcəyik. İsrail də düşünür ki, bu zərbələrin başlaması nəticəsində İranda daxildə bir xalqın narahatlığı yaranacaq və parçalanma gedəcək. Müharibədə İranın parçalanması, dağılması içəridə mümkün ola biləcək o siyasi hədəflərə nail olmaq prosesinin başlanğıcı ola bilər. Bu planda var. O səbəbdən də həm müharibə planı həm də İranla aparacaqları əməliyyatları planları bir çox vektorlarda dəyərləndirmələr var. Adətən müharibələr başlayandan sonra bir çox əməliyyatlar planlandığı kimi getməyə də bilər. Amma bunun üzərində planlar da yarana bilər. İran bunun gözləntisindədir. Baxmayaraq ki, artıq İran İsrailə iki dəfə hava zərbəsi endirsə də İsrail ona cavab verməyib”.

Dəniz Pənahova