İranın milli təhlükəsizlik qüvvələri onlarla casusu həbs etdi

İranın milli təhlükəsizlik qüvvələri onlarla casusu həbs etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın milli təhlükəsizlik qüvvələri ölkənin müxtəlif hökumət orqanlarında işləyən onlarla xarici casus aşkarlayaraq onları həbs edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın kəşfiyyat naziri Mahmud Ələvi məlumat verib. Lakin ələ keçirilən xarici casusların hansı ölkələr üçün işlədikləri və nə zaman həbs olunduqlarına aydınlıq gətirməyib.

O vurğulayıb ki, həmin casusların arasında ikili vətəndaşlığı olan iranlılar da var.

Nazir əlavə edib ki, xüsusi xidmət orqanları ötən il ərzində terrorçulara məxsus 230 hücrəni məhv edib, bu ay isə metro və universitet kimi yerlərdə məkrli əməllər törətməyə çalışan şəxslər yaxalanıb.

Bundan başqa, nazir deyib ki, təxminən 32 terror qruplaşması İranı Suriyaya çevirməyə çalışıb….

Xatırladaq ki, əvvəllər ABŞ-ın terror təşkilatları siyahısında yer alan, lakin indi ABŞ Dövlət Departamenti və Ağ Evlə dərin əlaqələrə malik “İran Xalqının Mücahidləri” təşkilatının lideri Məryəm Rejavi 26 avqustdakı bəyanatında Qərb ölkələrini İrandakı rejimin casuslarını və muzdlu əsgərlərini deportasiya etməyə çağırmışdı. Rejavi həmin insanların dövlətin dəstəklədiyi terrorizmin təşviqi üçün diplomatik mənbələrdən faydalandığını iddia etmişdi.