İranın keçmiş rəsmisi: “Zəngəzur dəhlizinin açılması İran üçün müsbət haldır”

İranın keçmiş rəsmisi: “Zəngəzur dəhlizinin açılması İran üçün müsbət haldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi zamanı ilk vasitəçi dövlət İran olub”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə İranın keçmiş prezidentinin administrasiya rəhbəri Mahmud Vaezi çıxış edib.

Onun sözlərinə görə, Tehran bölgədə sülh və sabitliyin tərəfdarı kimi çıxış edib. “İran regiondakı proseslərə hər zaman həssas yanaşıb və iki qonşu ölkə arasında sabitlik istəyir. Tranzit yollarının açılması iqtisadi baxımdan müsbət haldır və İranın maraqlarına zidd deyil”.

Fərda Uğur