İRANIN İSRAİLLƏ BAĞLI AÇIQLAMASINDAN SONRA NEFTİN QİYMƏTLƏRİ ARTDI

İRANIN İSRAİLLƏ BAĞLI AÇIQLAMASINDAN SONRA NEFTİN QİYMƏTLƏRİ ARTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran müsəlman ölkələrini İsrailə qarşı neft embarqosu və digər sanksiyalar tətbiq etməyə, həmçinin İsrail səfirlərini ölkədən çıxarmağa çağırıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Bloomberg” bu açıqlama fonunda neft qiymətlərinin artdığını təfərrüatlandırır. Məsələn, Brent markalı neftin fyuçersləri üç faiz bahalaşaraq 93 dollar/barelə çatıb.

“Xarici işlər naziri neft sanksiyaları da daxil olmaqla, İslam ölkələri tərəfindən İsrailə qarşı dərhal və tam embarqoya çağırır. Bundan əlavə, İsrail ilə diplomatik əlaqələrin qurulduğu hallarda İsrail səfirləri ölkədən çıxarılmalıdır”, – İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Həmçinin qeyd olunur ki, İranın xarici işlər naziri Hüseyn Əmir Əbdullahiyan İsrailin Qəzza zolağında mümkün hərbi cinayətlərini sənədləşdirmək üçün İslam hüquqşünaslarından ibarət komandanın yaradılmasına çağırır.