İran Ordusunun baş komandanı general-mayor Əbdülrəhim Musəvi deyib ki, İslam Respublikasının İsrailin sui-qəsd aktına cavabı güclü olacaq.
Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, o, çıxışında deyib: Yəhya Sinvarın seçilməsi sionist rejimin öz gələcəyinə heç bir ümid bəsləməməsi deməkdir.
O, sionist rejimin bütün qanunlar, müqavilələr və əqidələrə qarşı düşməncəsinə hərəkətlərini nəzərə alaraq deyib: Heç bir qayda və qanuna əməl etməyən sionist cinayətkar dəstə mütləq Şəhid Həniyənin qətli ilə bağlı qəti və sərt cavab alacaq