İranın İsrail təyyarələrini vurması yalan çıxdı

İranın İsrail təyyarələrini vurması yalan çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 günlük müharibə zamanı İran tərəfi iddia etmişdi ki, onlar İsrailə məxsus PUA və F-35 təyyarələrini vurublar.

Tribunainfo.az xəbər verir ki, həmin vaxt bir neçə israilli pilotun əsir götürüldüyü də gündəmə gətirilmişdi.

Lakin İran parlamentinin üzvü Məhəmməd Baqiri bu məlumatları nəinki təkzib edib, həm də yalan adlandırıb. “İsrailə məxsus PUA istehsalı mərkəzlərinin aşkarlanması, casusların həbsi və F-35 təyyarələrinin vurulması barədə yayılan xəbərlər yalan idi. Dövlət televiziyası belə şayiələr yaymamalıdır”.

O qeyd edib ki, müharibədən sonra 1000 nəfər yaxın adamın İsrailə cəsusluq ittihamı ilə həbs edilməsini də əsassız adlandırıb. “Deyilənə görə, 600–1000 nəfər İsrailə cəsusluq ittihamı ilə həbs olunub. Halbuki bu doğru deyil. Ölkədə bu qədər casusluq olmayıb və ola da bilməzdi”.

Fərda Uğur