İranın İrəvandakı səfirindən Zəngəzur açıqlaması

İranın İrəvandakı səfirindən Zəngəzur açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran dəhliz məntiqi çərçivəsində Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin mümkünlüyünü şərh edərkən bildirib.

O deyib ki, Tehran Azərbaycan tərəfinə yeni marşrut üzrə yükdaşımaları davam etdirməyi təklif edib. “Tikinti işləri başa çatdıqdan sonra Azərbaycan yük maşınları 50 km-lik marşrutla Naxçıvana çata biləcək.

Azərbaycanın İrandan keçməklə Naxçıvana yolu var idi. 2020-ci il müharibəsindən sonra azərbaycanlılar həm Ermənistan sərhədinə, həm də bizim sərhədimizə yaxınlaşdılar. Yük daşınması üçün əvvəlki yol kifayət qədər uzun idi. Təklif edilib ki, azərbaycanlılar yolun böyük hissəsini öz ərazilərindən, qalan hissəsini isə İran və Ermənistan sərhədi yaxınlığında keçsinlər”, – deyə Sobhani bildirib.

O qeyd edib ki, İran ərazisindən keçən marşrut tamamilə İranın ərazi bütövlüyü və suverenliyi çərçivəsindədir. Gömrük prosedurları İran qanunvericiliyi çərçivəsində həyata keçirilir.

Nəqliyyat marşrutlarının açılmasına gəlincə, İran yalnız o halda əleyhinə deyil ki, bu, ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində baş versin.

“Biz Ermənistandan keçən yolların açılmasının tərəfdarıyıq, lakin bu, onun ərazi bütövlüyünə və suverenliyinə hörmətlə baş verməlidir, hansı ki, dəhliz məntiqi olsun – biz bunun əleyhinəyik, sərhədlərin dəyişməsinə, geosiyasi dəyişikliyə yol açacaq bir şeyin əleyhinəyik”-səfir deyib.

Erməni mediası xatırladıb ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakının Ermənistana qarşı ərazi iddiası yoxdur, lakin Ermənistan Naxçıvandan Azərbaycana maneəsiz keçidi təmin etməklə öz öhdəliklərini yerinə yetirməlidir.