“Azərbaycanı Naxçıvanla birləşdirən yolun dəhliz adlandırılmasını qəbul etmirik. Belə bir dəhliz mövcud deyil”.
Tribunainfo.az xəbər verir ki, bu fikri İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.
Onun sözlərinə görə, imzalanan sülh sazişində və Vaşinqtonda əldə olunmuş razılaşmada dəhliz termini yoxdur. “Söhbət yalnız kommunikasiya və ya marşrutdan gedir. Dəhliz olmayacaq, heç bir şey zorla edilməyəcək. Mən belə bir marşrutun dəhliz adlandırıldığını eşitməmişəm”.
Fərda Uğur