İranın iqtisadiyyat naziri istefaya göndərildi: Hökumət böhranı gözlənilir

İranın iqtisadiyyat naziri istefaya göndərildi: Hökumət böhranı gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən İran parlamentində Pezeşkian hökumətinin əsas fiqurlarından biri olan iqtisadiyyat və maliyyə naziri Abdülnasir Himmətiyə impiçment tətbiq olunub. Tribunainfo.az xəbər verir ki, iranlı deputatlar onu istefaya göndəriblər.

Parlamentin əsas arqumenti bu olub ki, Himməti iqtisadiyyatı düzgün qura bilməyib. Lakin keçmiş nazir bildirib ki, ona bu ittihamı irəli sürmək yanlışdır. “Bizim planımız var. 6 ayda infliyasiyanı 42 faizdən 32 faizə endirmişik. Yaxın 6 ayda prosesi 10 faiz həddinə endirəcəkdik”.

O daha sonra qeyd edib ki, İranda bahalaşmanın bir səbəbi də sanksiyalardır. “Biz indiyə qədər çox ciddi proseslərin önündə duruş gətirmişik. Lakin elə məsələlər var ki, onun öndündə dayanmaq asan deyil. Bu gün baş verənlərin də sanksiyalarla bağlı olduğunu burada oturanlar məndən daha yaxşı bilir”.

Parlamentdə çıxış edən İran prezidenti Məsud Pezeşkian isə impiçmentin çıxış yolu olmadığını bəyan edib. “Siz bununla hökumətin işinə mane olursuz. 6 ayda bizdən illərdən bəri yığılıb qalmış pöroblemlərin həllini tələb edirsiz. Bu mümkün deyil. Himmətini istefaya göndərmək çıxış yolu deyil”.

Bildirək ki, İran parlamenti hökumətə yeni nazir seçməsi üçün üç ay vaxt verilib.

Qeyd edək ki, İranda baş verən bu hadisə hökumət böhranına səbəb olacaq. Çünki artıq digər nazirlərin də narazılıq səsləri eşidilməyə başlayıb. Onlar altı ay ərzində nəsə etməyin mümkün olmadığını qeyd edirlər.