Artıq bir həftədən çoxdur ki, başda paytaxt Tehran olmaqla, İranın 24 əyalətində su və işıq böhranı yaşanır.
Tribunainfo.az xəbər verir ki, Tehran hökuməti də bunu etiraf edib və bildirib ki, problemin qarşısında acizdirlər.
Dünən isə İranın iki şəhərində su və elektrik böhranı ilə bağlı etiraz aksiyaları keçirilib. Belə ki, Səbzevar şəhərində su və elektrik enerjisinin kəsilməsinə etiraz aksiyasına qatılan qadınlar hökumət qüvvələrinin hücumuna məruz qalıblar. Nəticədə qarşıdurma yaranıb.
Analoji hadisələr Gilan əyalətinin Xoşkbicar şəhərində də baş verib. İnsanlar “Su, elektrik, yaşamaq bizim haqqımızdır” şüarı ilə küçələrə çıxıblar.
Fərda Uğur