İranın iki məşhur siyasətçisi molla rejiminə qarşı: Ruhani və Kərrubidən təkliflər

İranın iki məşhur siyasətçisi molla rejiminə qarşı: Ruhani və Kərrubidən təkliflər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın iki önəmli siyasətçisi molla rejimini kəskin tənqid ediblər.

Tribunainfo.az xəbər verir ki, keçmiş prezident Həsən Ruhani və “Yaşıllar” Hərəkatının rəhbəri Mehdi Kərrubi Tehranın xarici və daxili siyasətinin səhv olduğunu bildiriblər.

Kərrubi deyib ki, İranın nüvə proqramı ölkəni bataqlığın dibinə aparır. “Rejim xalqa üz tutmalı və islahatlara getməlidir”.

Sabiq president Həsən Ruhani isə bildirib ki, ABŞ-la gərginlik azaldılmalıdır. Onun sözlərin görə, yeni milli strategiya formalaşdırılmalıdır. “Bu tədbirlərə məhəl qoymamaq ölkəni yenidən müharibə riski ilə üz-üzə qoya bilər. Daxili siyasətdə xalqın iradəsinə diqqət yetirilməsi, partiyaların gücləndirilməsi, milli medianın özəl sektora təhvil verilməsi, milli medianın yaradılması, özəl sektorun və iqtisadiyyatın yaradılması kimi tədbirlər həyata keçirilməlidir”.

Fərda Uğur