Son günlər ABŞ-da İrandan olan siyasətçilərin (mühacir) iştirakı ilə bir sıra müzakirələrə start verilib. Tribunainfo.az xəbər verir ki, həmin müzakirələr əsasən yeni İranın hansı şəkildə olacağı və iqtisadiyyatının qurulması yolları üzərində aparılıb.
“İran İnternational” TV-nin məlumatına görə, bu müzakirələrdən biri Kaliforniyanın Silikon Vadisində təşkil olunub. İki günlük IranSense konfransında İran iqtisadiyyatının molla rejimi getdikdən sonra necə qurulacağı müzakirə olunub. Həmin tədbirdə xarici və yerli investorlar iştirak ediblər.
İran şahının oğlu, İranda hakimiyyətə iddialı olan əsas fiqurlardan biri Rza Pəhləvi isə “The Telegraph” qəzertinə açıqlamasında Tehranda tezliklə yeni inqilab olacağını iddia edib. O deyib ki, hazırda İranda 1979-cu ildəki kimi inqilabın baş verməsi qaçılmazdır. “Qərb İran molla rejiminin tezliklə dağılmasına hazırlaşmalıdır. Qərb İranda yeni bir inqilabın olacağına əmin olmalıdır və müxalifətə dəstək verməlidir”.