İran parlamentində erməniləri təmsil edən deputat Qeqard Masuryan bu ölkədəki türkdilli mollaları ittiham edib.
Tribunainfo.az xəbər verir ki, İsfahandan seçilmiş deputat həmin adamları Qarabağ müharibəsində Azərbaycanı dəstəkləməkdə günahlandırıb.
O, “Xəbər Online” saytına müsahibəsində deyib ki, bəzi imam cümələr Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və Ermənistanı işğalçı adlandırırdılar. “Onların hamısı türkdilli iranlılar idilər. İndi isə durum göz qabağındadır”.
Manusryan daha sonra təəssüf edib ki, İran və Ermənistan arasında heç bir hərbi müqavilə və ya dəstək sazişi yoxdur. “Şübhəsiz ki, bu dəhliz Turan və sionist layihəsidir. Məqsədi İranın suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təzyiq göstərməkdir. Başqa suallar da var, məsələn, Rusiya və İranın bu regionda rolu nədir? İranın burada mövcudluğu son dərəcə vacibdir”.
Fərda Uğur