“Sionist rejim ekoloji sammitin pərdəarxası rolunu oynayır və bu, Azərbaycan və İsrail arasında sıx əlaqələrə görədir”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə İran parlamentinin üzvü, deputat Naser Rafieyi çıxış edib.
O, “Khabarfori.ir” saytına açıqlamasında deyib ki, iqlim dəyişikliyi konvensiyası zahirdə ekoloji konvensiya olsa da, onun daxilində iqtisadi və tamamilə məhdudlaşdırıcı qərarlar qəbul edilir. “Hazırda prezidentin bu iclasda iştirakı ilə bağlı fikirlər müsbət deyil və birinci vitse-prezidentin başçılıq etdiyi İran nümayəndə heyətinin bu iclasda iştirak etməsi daha yaxşıdır”.
Onun sözlərinə görə, İranın prezidenti Məsud Pezeşkian Bakıda keçiriləcək COP29 tədbirlərinə qatılmamalıdır. “Çünki bu tədbir sionist rejimin dəstəyi ilə baş tutub. Orada Pezeşkianın iştirakı qəbuledilməzdir”.
Naser Rafiei onu da deyib ki, iclasda İrandan iştirak edən rəsmilər ətraf mühit məsələsini də əhatə edən bütün sanksiyaların, xüsusilə iqtisadi sanksiyaların ləğvində israr etməlidirlər.