“İran prezidenti Məsud Pezeşkianın Ermənistan və Belarusa səfəri, hökumətin xarici siyasət kursunda Şərqə baxışın davamı və Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklərə qarşı ciddi mesajdır”.
Tribunainfo.az xəbər verir ki, bunu iranlı analitik İsfəndiyar Xodayi “Khabar Online” saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, Pezeşkianın Ermənistan səfəsinin əsas geosiyasi məqamı ABŞ-nin vasitəçiliyi ilə imzalanan və “Tramp marşrutu” (TRIPP) kimi tanınan Zəngəzur dəhlizi ilə bağlı olub. “Bu dəhliz Azərbaycan və Naxçıvanı birləşdirir və Cənubi Qafqazda Amerikanın təsirini gücləndirmək məqsədi daşıyır”.
İranda nəşr olunan “Eghtesad News” qəzeti isə Vaşinqtonda Azərbaycan və Ermənistanda üçtərəfli bəyannamənin imzalanması Cənubi Qafqazda yeni mərhələnin əsasını qoyub. “Zəngəzur dəhlizi strateji əhəmiyyətə malik marşrutdur. Eyni zamanda, bu dəhliz Rusiya və İranın nəzarətində olan ənənəvi marşrutlardan yan keçməklə, bu iki ölkənin bölgədəki təsirini zəiflədəcək”.
Fərda Uğur