İranın Bakıdakı keçmiş səfiri: “3+3 formatının ideya müəllifi İrandır, amma Türkiyə və Azərbaycan öz adına çıxır”backend

İranın Bakıdakı keçmiş səfiri: “3+3 formatının ideya müəllifi İrandır, amma Türkiyə və Azərbaycan öz adına çıxır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Qafqazda şahidi olduğumuz odur ki, qlobal rəqabət formalaşır və Qərbin bizimlə və Rusiya ilə mübarizəsinin Qafqaza da yayıldığı bir az daha qabarıq görünür”. Tribunainfo.az xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı keçmiş səfiri Abbas Musavi “Mehr” Agentliyinə verdiyi müsahibəsində səsləndirib.
O vurğulayıb ki, Qərb İran və Rusiyanı bölgədən çıxarmaq istədiklərini gizlətmir. “Digər tərəfdən, biz də gizlətmirik ki, arxa bağçamızdan və təsir dairəmiz olan regiondan Qərbin əlini kəsmək istəyirik”.
Onun sözlərinə görə, bölgənin problemlərinin həlli üçün 3+3 formatı ən optimaldır. “Bu məsələni gündəmə gətirməmiz də regiondankənar ölkələrin bizim olan bölgəyə qarışmasına imkan verməmək idi”.
Musəvi iddia edib ki, “3+3 formatının ideya müəllifi guya, İran olub. “Lakin bu gün Azərbaycan və Türkiyə bunu öz adına çıxır. Bizim üçün mühüm deyil, önəmli olan mexanizmin işləməsidir”.
Keçmiş səfir İranın yeni qonşuluq siyasəti barədə də danışıb. “İran üçün qonşuluq siyasəti prioritet yox, super prioritet olmalıdır. 15 qonşusu olan ölkə onlarla yaxşı münasibət qura, münasibətlərini yaxşı tənzimləyə bilsə, milli təhlükəsizliyinə zəmanət verib, sanksiyalara məruz qalmayacaq”.