“Zəngəzur dəhlizi məsələsi qarşısında İranın bir neçə seçimi var. Birincisi, sakitcə prosesi izləməli və müdaxilə etməməlidir. İkincisi isə bu prosesə qatılaraq proaktiv oyunçuya çevrilməlidir”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranın “Tasnim” Agentliyinin dərc etdiyi məqalədəndir.
Agentlik İranın indiki məqhələdə Zəngəzur dəhlizinə alternatriv marşrut təklif etməsinin vacib hesab edir. Bunun üçün Zəngilandan keçərək Culfaya qədər uzanan Araz dəhlizini alternativ kimi təqdim edib. “İran Zəngəzur dəhlizinə alternativ kimi “Araz dəhlizi”ndən ciddi istifadə etməlidir. Qafqazda baş verən hadisələr, zahirən təhlükə kimi görünsə də, İranın tranzit diplomatiyasının canlanmasında dönüş nöqtəsi ola bilər. Əsas odur ki, cəld, ağıllı hərəkət etsin və Amerikanın təsirinə qarşı öz maraqlarını Çin və Rusiya kimi böyük dövlətlərlə uzlaşdırmaq üçün unikal fürsətdən istifadə etsin”.
Fərda Uğur