İran Zəngəzur dəhlizi ilə bağlı rəsmi mövqeyini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, ötən gün İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi bu barədə danışıb.
O deyib ki, Tehranın dəhlizlə bağlı mövqeyi dəyişməyib. “İranın Cənubi Qafqazda nəqliyyat dəhlizləri ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Biz region ölkələri arasında mübadilə və əlaqələrin genişləndirilməsinin tərəfdarıyıq. Lakin bu, suverenliyi, ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədləri pozmamalı və regionda geosiyasi vəziyyətdə dəyişikliklərə səbəb olmamalıdır. İranın mövqeyi aydındır, biz bunu dəfələrlə bəyan etmişik”.
Fərda Uğur