İranın Səhiyyə Nazirliyi bölgə ölkələrinə xəbərdarlıq edib. Tribunainfo.az xəbər verir ki, buna səbəb İranın Bəndər Abbas və Hörmüzqan bölgələrində dang xəstəliyinin yayılmasıdır.
Səhiyy nazirinin müavini Hüseyn Fərşidi bildirib ki, hər iki əyalətdə ağcaqanadlar vasitəsi ilə yayılan xəstəliyin qarşısını almaq üçün bütün gücləri ilə çalışırlar. “Biz mümkün qədər xəstəliyin yayılmasını neytrallaşdırmağa nail olmuşuq. Lakin bu bəzi qaydalara riyayət olunmasa, daim belə qalmayacaq”.
O ilk növbədə bataqlıqların dərmanlanmasını və zibilliklərin genişlənməməsi, yəni uzun müddət daşınmadan qalmasının qarşısının alınmasını tövsiyyə edib. “Risk böyükdür. Buna dırnaqarası baxanlar var. Lakin Dang xəstəliyi yayılarsa, onun yaradacağı təhlükə COVİD19-dan daha daha ağır olacaq”.
Qeyd edək ki, “Dang” ağcaqanadlar vasitəsi ilə insandan insane keçən qızıdırma xəstəliyidir. İlkin əlamətləri yüksək hərarət, baş və boğaz ağrısı, halsızlıq, sümüklərin dözülməz dərəcədə ağrıması, halsızlıq və qusmadır. Bu xəstəliyə yoluxanlar üçün ən azı 3 günlük profilaktika nəzərədə tutulur. Yaşlı adamlarda və uşaqlarda ölümlə müşayət oluna bilir.