İrandan Trampın başsağlığına kəskin reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin ziddiyətli bəyanatı və Senatın sanksiyaları iranlıların Amerikanın dəstək verdiyi terrorizmlə toqquşduğu zaman səsləndi. 

Ağ Evin ziddiyətli bəyanatı və Senatın sanksiyaları iranlıların Amerikanın dəstək verdiyi terrorizmlə toqquşduğu zaman səsləndi.


TİA.AZ xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif paylaşıb. O, İran xalqının Amerikanın bu cür ehtiramını rədd etdiyini bildirib.

Qeyd edək ki, ötəngünkü teraktlarla bağlı ABŞ Prezidenti Donald Tramp İrana başsağlığı verib. Lakin başsağlığı ilə bərabər, Tramp İranın terrorizmin sponsoru olduğunu və özünün də bu terrorizmin qurbanına çevrildiyini də yazıb. Bu isə İranda birmənalı qarşılanmayıb.