İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın təhdidlərinə münasibət bildirib. İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın təhdidlərinə münasibət bildirib.
TİA.AZ “Röyters”ə istinadən xəbər verir ki, Əli Xamenei ABŞ-ın təhdidinə təhdidlər cavab verib.
“Tramp “məndən qorxmalısınız” deyir. Xeyr. İran xalqı 10 fevralda (İran İslam İnqilabının ildönümü) onun sözlərinə cavab verəcək və bu cür təhdidlərə qarşı mövqeyini göstərəcək. Hansısa düşmən İran xalqını qorxuda bilməz”, – deyə o bildirib.
Qeyd edək ki, fevralın 10-da 1979-cu ildə baş vermiş İran İslam İnqilabının 38-ci ildönümüdür.