İrandan terakt açıqlaması: İntiqam alacağıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam İnqilabı Keşikçiləri Korpusunun II komandanı, general Hüseyn Səlami paytaxt Tehranda törədilən və İŞİD-in məsuliyyəti öz üzərinə götürdüyü silahlı hücuma görə intiqam alacaqlarını bildirib. 

TİA.AZ xəbər verir ki, Səlami bunu İran dövlət televiziyasına açıqlamasında deyib.

“Bu hücumlar cavabsız qalmayacaq, intiqam alacağıq. Bunun harada və necə olacağını yalnız biz bilirik. İntiqamımız bizə edilənin min qatından daha ağır olacaq və millətimiz bunu görəcək”, – Səlami bildirib.

Qeyd edək ki, ötən günlərdə İran İnqilabının rəhbəri Ayətullah Xomeyninin türbəsi və İran parlamentində törədilən iki terakt 16 nəfərin ölmünə, 40-dan çox insanın yaralanmasına səbəb olub.