Ötən ilin mayında helikopter qəzasında həlak olan İranın prezidenti İbrahim Rəisi məsələsi ətrafında spekuliyasilara dayanmaq bilmir. Tribunainfo.az xəbər verir ki, bununla bağlı daha bir iddia Rəisinin mühafizə xidmətinin rəisi Mehdi Musəvinin (helikopter qəzasında ölənlərdən biri olub- red.) qardaşı Mənsur Musəvidən gəlib.
O, “Shahraranews” saytına verdiyi açıqlamasında deyib ki, qardaşı İranın sabiq prezidenti İbrahim Rəisinin Azərbaycanla sərhəddə getməsinə qarşı olub. Bununla bağlı hətta Prezident Aparatının rəhbəri İsmayıliyə dəfələrlə müraciət də edib: “Səfərdən bir gün əvvəl mənə dedi: sabah Rəisi ilə İran-Azərbaycan sərhəddinə gedəcəyik. Ora qədər onu necə müşayiət edə bilərəm? Bilirsən ki, İsrailin Azərbaycan ərazisində bazası var”.
Qeyd edək ki, İranda bəzi dairələr Rəisinin ölümü məsələsini hər vəchlə Azərbaycanın ayağına yazmağa çalışırlar. Hətta bu sərsəm iddialar İran parlamentində də səsləndirilib. Orada bəziləri hətta bununla bağlı məsələ qaldırmaqdan da çəkinməyib.
Mövzunun üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, İranın yenidən mövzu ilə bağlı spekuliyasiyası başadüşlən deyil. Yenə “İsrail bazası”, Rəisinin ölümündə müəmma axtarma cəhdləri şübhəsiz Azərbaycana böhtan atılması üüçün düşünülüb.
Helikopterin texniki nasazlığı səbəbindən baş vermiş qəzanın, özü də bunu SEPAH-ın istitaq qrupu da təsdiqləyib, Azərbaycanın üzərinə atmaq cəhdləri və ya Azərbaycana dolayı yolla bağlamaq istəyi müstəsna həyasızlıqdır və bunun başqa adı yoxdur.