İranın Azərbaycana qarşı qərəzi artıq sərhəd tanımır.
Tribunainfo.az xəbər verir ki, molla rejimi artıq başqa bəhanələr tapa bilmədiyindən, indi də gülməli xəbərlər paylaşmağa başlayıb.
Həmin gülməli xəbərlərdən biri İranın dini lideri Əli Xamineyinin müşaviri olan Əli Şəriətmədarinin baş redaktoru olduğu “Keyhan” qəzetində dərc olunub. Xəbərdə İranda bu gün yaşanan quraqlıq və su çatışmazlığının “günahkar”ı kimi Azərbaycan göstərilib. “İranda iqlim dəyişikliyiyinə görə İsrail, Türkiyə və Bakı günahkardır. Hazırda Türkiyədəki 75 İsrail şirkəti İranın iqlim dəyişikliyi layihəsinə fokuslanıb. Peyk müşahidələri göstərir ki, əvvəllər Aralıq dənizindən keçən və Türkiyədən sonra İrana daxil olan buludlar, indi İran sərhədlərinə çatmadan Bakıya doğru yönəldilir”.
Qeyd edək ki, bu həmin qəzetdir ki, İranda su böhranının aradan qaldırılması üçün maraqlı və gülməli təkliflə çıxış etmişdi. “Keyhan” qəzeti yazmışdı ki, İranda qarpız əkini dayandırlmalıdır. “Çünki ən çox su bu bitkinin yetişdirilməsinə gedir. Əgər qarpız əkini dayanarsa, İranın su problemi həll olacaq”.
P.S. Indi təsəvvür edin ki, biz hansı zehniyyətlə üz-üzə dayanmışıq. Və bu adamlarla siyasət etmək, diplomatiya aparmaq kimi, olduqca ağır və məşəqqətli bir prosesə can atırıq.
Fərda Uğur