İranda fəal olan, son zamanlar Azərbaycana qarşı bütün böhtan və şərdən istifadə edən anti-Azərbaycan qrupu dayanmaq bilmir.
Tribunainfo.az xəbər verir ki, ötən gün “Mehr” Agentliyi bu mövzuda daha da irəli gedərək, həmin qrupun ruporuna çevrilməyə başlayıb.
Bu azmış kimi, Agentliyin rəhbərliyi də prosesdə fəal tərəf olaraq çıxış edir. Tribunainfo.az bildirir ki, dünən “Mehr” Agentliyinin Beynəlxalq Əlaqələr və Xarici Xəbərlər baş direktoru Məhəmməd Rza Muradi Azərbaycan əleyhinə çıxış edib: “Bakı 2020-ci il üçtərəfli sazişin ən mühüm bəndini pozub. Söhbət üçtərəfli razılaşmanın 9-cu bəndindən gedir. Zəngəzur dəhlizi İran, Ermənistan və bu regionda mövcud olan və Cənubi Qafqazla əlaqəli digər aktorlar üçün təhlükəsizlik riskidir”.
Xatırladaq ki, iki gün öncə İran Prezident Aparatının Protokol idarəsinin rəhbəri, Azərbaycanda səfir işləmiş Abbas Musəvi də analoji sərsəmləmə ilə çıxış etmişdi. O demişdi ki, Azərbaycan və Ermənistan Vaşinqton razılaşmasına yenidən baxmalıdır.
Fərda Uğur