“İrandan Bakı, Gəncə və Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ölkənin vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipurla görüşüb. 
İranda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ölkənin vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipurla görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, nazir bildirib ki, iki qonşu və dost ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir: “Hər iki ölkənin prezidenti münasibətlərin yüksək səviyyəyə çatdırılması üçün çox işlər görüblər. Bu istiqamətdə Azərbaycan prezidentinin tapşırığı ilə “ASAN viza” sistemi tətbiq edilməyə başlanıb ki, bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb. Artıq İranın istənilən şəhərindən Azərbaycana səfər etmək istəyən şəxsin Tehrana gəlib konsulluğa müraciət etməsinə ehtiyacı qalmayıb. Hər bir kəs internet vasitəsi ilə viza almaq imkanına malikdir. Yaxin gələcəkdə Azərbaycanda “ASAN viza” sistemi təkmilləşdirilərək, viza istəyən şəxsə 3 saat ərzində elektron viza veriləcək. Bu sistem yalnız hava limaninda deyil, digər gömrük-keçid məntəqələrində də tətbiq ediləcək”.
Nazir əlavə edib ki, bu il Novruz bayramında 65 min iranlı Azərbaycana turist səfəri edib: “İranlılar Azərbaycanda özlərini çox rahat hiss edirlər. Bunun səbəbi hər iki xalqın milli ənənələri ilə mətbəxinin oxşar olmasıdır. İranda və Azərbaycanda fəaliyyət göstərən turist firmalarının birgə müəssisə yaratmaları və qarşılıqlı olaraq turist səfərlərini təşkil etmələri zəruridir. Bu firmalar turistləri qruplara ayıraraq ziyarət, səhiyyə, macəra turizmini təşkil etməlidirlər ki, turistlərin istəkləri həyata keçsin”.
Nazir İranın müxtəlif şəhərlərindən Bakıya, Gəncəyə, Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlı olduqlarını da nəzərə çatdırıb. Qeyd edib ki, mütəmadi reyslərin açılması həm İranda, həm də Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək.