“İsrailin Azərbaycanda olması hazırda İran üçün böyük problemdir”.
Tribunainfo.az bildirir ki, bunu İranın erməni əsilli sabiq deputatı Robert Beqlaryan deyib.
O qeyd edib ki, İran- Azərbaycan qarşıdurmadan çox uzaqdır. “İran hətta Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışır. Əhmədianın Bakıya səfəri də bunu sübut edir”.
P.S. Bu necə əməkdaşlığı inkişaf etdirməkdir ki, İran hər dəfə Azərbaycana qarşı təxribatlar edir, xalqı, dövlət rəhbərliyini təhqir edən tədbirlər keçirir, hədə dilində danışır? Bu necə əməkdaşlığı inkişaf etdirməkdir ki, hər addımda İran bütün çirkin əməllərə əl atır?