İranda zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb

İranda zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İranda baş vermiş zəlzələ zamanı ölənlərin və xəsarət alanların sayı artıb.

TİA.AZ-ın məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

Xəbərdə bildirilir ki, təbii hadisə zamanı 241 nəfər xəsarət alıb. Bundan əlavə, daha 2 nəfər zəlzələnin qurbanı olub.

Qeyd edək ki, İranın İraqla sərhədi yaxınlığında 6,1 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Kirmanşah şəhərinin 87,8 km-də qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.