Tehranda bu gün səhər saatlarında daha bir hücum olub.
Tehranda bu gün səhər saatlarında daha bir hücum olub.
TİA.AZ xəbər verir ki, bu haqda İranın yarırəsmi xəbər agentliyi olan “Tasnim” məlumat yayıb.
Məlumata görə, motosikletlə hərəkət edən bir şəxs yol kənarında dayanan insanların üzərinə sulfat turşusu atıb.
Polis həmin şəxsi saxlayıb. Onun kimliyi və hadisəni hansı səbəbdən törətdiyi ilə bağlı məlumat verilmir.
***
Tehran polisi hücum edən şəxsin tutulduğunu və hadisəni həyat yoldaşı ilə aralarında olan mübahisə səbəbindən hirslənərək törətdiyini bildirib.
Polisdən bildirilib ki, şübhəli şəxs evindən gətirdiyi turşunu arvadının da aralarında olduğu kütlənin üzərinə atıb.
Tehran ədliyyəsi hücumun dünənki teraktla əlaqəsinin olmadığını açıqlayıb.