backend

İranda uşaqlar Netanyahunu öldürür – Xüsusi park

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda uşaqların oyuncaq silahla döyüşdüyü xüsusi park yaradılıb.  

İranda uşaqların oyuncaq silahla döyüşdüyü xüsusi park yaradılıb.

TİA.AZ  xəbər verir ki, Məşhəd şəhərində yerləşən bu meydançada azyaşlı uşaqlar hərbi paltarlar geyinir, oyuncaq silahlarla düşmənlə savaşır.

Parka 8 yaşdan yuxarı uşaqların girişinə icazə verilir. Burada onlar sipərlərin arxasından atəş açır, tikanlı məftillərin altı ilə sürünür və rabitə cihazları ilə danışırlar.

Səs və işıqlarla həqiqi müharibə ab-havası yaradılan parkda uşaqlar manqalara ayrılır və 12 mərhələdən ibarət tapşırığı yerinə yetirir. Ayrıca, hər mərhələdə “döyüçülər” İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) barədə məlumat öyrənir.

Parkda “düşmən” hədəf kimi İsrail, ABŞ və Suriya müxalifləri göstərilib. İngiltərənin “San” qəzetinin yaydığı məlumata görə, uşaqlar mərhələlərdən birində İsrailin Baş naziri Binyamin Netanyahuya bənzədilən maketə plastik güllələrlə atəş açma tapşırığını yerinə yetirir.