İranda toqquşma: Azərbaycanlı polkovnik öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın şimal-qərbində terrorçularla İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında toqquşma olub. 

İranın şimal-qərbində terrorçularla İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında toqquşma olub.

TİA.AZ xəbər verir ki, insident zamanı 3 terrorçu öldürülüb, 4 nəfər isə yaralanıb. Toqquşma zamanı həmçinin SEPAH-ın polkovniki Yasin Qənbəri də döyüş zamanı həlak olub.

Sepahın Həmzə adlı 3-cü ordu qərargahından verilən məlumatda isə öldürülən terrorçular xarici dövlətlərin casus şəbəkəsinin muzdluları adlandırılıb. Onların hansı qrupa və ya terror təşkilatına bağlı olduqları barədə məlumat verilməyib. Bəyanatda həmçinin terrorçu dəstənin sağ qalan üzvlərinin toqquşmadan sonra sərhədi keçərək qaçmağa nail olduqları bildirilib.

Qeyd edək ki, Həmzə qərargahı Qərbi Azərbaycan, Kurdüstan və Kirmanşah vilayətlərinin təhlükəsizliyinə cavab verir.

***

İranın şimal-qərbindəki toqquşma SEPAH ilə PKK terror təşkilatı arasında olub.

Bu barədə informasiyanı İran mətbuatı yayıb. Mətbuat toqquşmanın Türkiyə sərhədinə yaxın ərazidə yerləşən Ziveh kəndi yaxınlığında baş verdiyini bildirib.

Digər maraqlı məqam isə insident zamanı ölən SEPAH polkovniki Yasin Qənbərinin milliyətcə azərbaycanlı olmasıdır. O, bu gün Urmiya şəhərində dəfn edilib.