İranda silsilə partlayışlar: Hökumətin “qaz sızması” versiyası

İranda silsilə partlayışlar: Hökumətin “qaz sızması” versiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda silsilə partlayışlar baş verir.

Tribunainfo.az xəbər verir ki, Tehran, Qum və digər şəhərlərdə qeydə alınan bu partlayışların qaz sızmasından baş verdiyi qeyd edilir.

Lakin yerli sakinlər bütün bunların əbəs olmadığını, rəsmi versiyanın reallığı ehtiva etmədiyini bildirirlər. Xüsusən də həmin partlayışların əsasən hərbi və dövlət xadimlərinin yaşadıqları məhəllələrdə qeydə alınması onların öz fikirlərində sabit qalmasını şərtləndirib.

Sosial şəbəkələrdəki müzakirələrdən belə anlaşılır ki, İran əhalisi bu partlayışların terror aktı olduğunu düşünürlər. Onlar ölkənin içində molla rejiminin təmsilçilərinə qarşı ciddi bir aksiyanın başladığını qeyd edirlər.

Fərda Uğur