Ötən gün İran parlamentində maliyyə naziri Himmətinin istefaya göndərilməsindən sonra Tehranda ara qarışıb. Tribunainfo.az xəbər verir ki, artıq Pezeşkian hökuməti molla rejiminə qarşı danışmağa başlayıb.
Bildirək ki, Himmətiyə impiçment tətbiqindən sonra İran prezidentinin müavini Məhəmməd Cavad Zərif də istefa verib. O, bildirib ki, istefasına səbəb ədliyyə naziri Ejeyinin təkidli tələbləri olub. Lakin bəzi mənbələrdə Zərifin ailəsi ilə təhdid edildiyini dediyi qeyd olunur.
Faktii vəziyyət belədir ki, İranda ciddi hökumət deyil, rejim böhranı yaşanır. Bunu Pezeşkianın parlamentdə çıxışı da təsdiqləyir. O deyib ki, ABŞ-la danışıqların tərəfdarıdır. “Lakin dini liderin təlimatları bizim siyasətin əsasını təşkil edir. O, ABŞ-la danışıqlar aparmağa icazə vermədiyindən, mövzu bağlanıb”.
Pezeşkianın bu açıqlaması onu deməyə əsas verir ki, hökumətlə rejim arasında ixtilaf var. Üstəlik, Pezeşkian faktiki iqtisadi böhranla bağlı bütün günahların üzərinə atıla biləcəyinin fərqindədir. Ona görə də, özü və komandası hələlik ehtiyatlı bir şəkildə molla rejimini tənqid edir. Və İran cəmiyyətinə ölkədəki problemlərin baiskarlarının kimlər olduğunu nümayiş etdirir.
Əslində, İrandakı faktiki iqtisadi böhran pik həddədir. İnfliyasi, işsizlik və devalivasiya insanları bezdirib. İş o həddədir ki, İran hökuməti etiraf edir ki, son iki ildə ölkə əhalisinin 30 faizi yoxsulluq həddində yaşayır. Bunun gec və ya tez etiraza çevriləcəyi isə şübhəsizdir.