İranda rejimdaxili böhran: Xamineyini Ruhani əvəz edəcək?

İranda rejimdaxili böhran: Xamineyini Ruhani əvəz edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda SEPAH və Xamineyi tərəfdarları ilə keçmiş prezident Həsən Ruhani arasında sözün həqiqi mənasında müharibə gedir.

Tribunainfo.az xəbər verir ki, bir müddət əvvəl onu “İsrail agenti” kimi təqdim edən rejim mənsubları, ötən gün parlamentdə “Ruhaniyə ölüm” şuarları səsləndiriblər.

Proseslərin hazırkı gedişatı rejimdaxili böhranın pik həddinə çatmasından xəbər verir. İslahatçıların nümayəndəsi olan Ruhaninin hədəfə alınması da səbəbsiz hesab olunmur. Məsələ ondan ibarətdir ki, Ruhani İranın dini lideri Əli Xamineyinin yerinə əsas namizədlərdən biri kimi gündəmə gətirilir. Bunu İrandakı islahatçılar da çox istəyirlər. Çünki onlar uzun müddət hakimiyyətdə qalmaq, habelə öz düşüncələrinə uyğun şəkildə ölkəni idarə etmək üçün vacib amil hesab edirlər.

Nəzərə alaq ki, Pezeşkian hökuməti davamlı olaraq ölkədə bir sıra planların həyata keçirilməsində məhz mühafizəkar qanadı günahkar kimi göstərir. Belə ki, bu yaxınllarda Pezeşkian bəyan etmişdi ki, həyata keçirmək istədikləri planların icrasına mane olan qüvvələr var. O açıq şəkildə ad çəkməsə də, bunu SEPAH və onların dəstəklədiyi qüvvələri işarə etmişdi.

Paralel olaraq, yerli ekspertlər də bildirirlər ki, Ruhani-SEPAH davası rejimdaxili mübarizənin yeni formasıdır. Onlar bu savvaşın bir sıra mənfi nəticələrə gətirib çıxaracağını da istisna etmirlər. Xüsusən də parlamentdə Pezeşkiana qarşı impiçment kampaniyasının baş qaldıracağını da qeyd edirlər.

Fərda Uğur