İRANDA QEYRİ-ADİ UŞAQ DÜNYAYA GƏLDİ

İRANDA QEYRİ-ADİ UŞAQ DÜNYAYA GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirilib ki, İranın Məşhəd şəhərində 7 kiloqram çəkidə körpə doğulub.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, İran Dövlət televiziyasına danışan Məşhəd Rezevi Xəstəxanasının Ginekologiya və Doğum Mütəxəssisi Dr. Nigar Ramazanpur mövzu ilə bağlı məlumat verdi.

Ramazanpur 4 gün əvvəl dünyaya gələn körpənin 7 kiloqram olduğunu bildirib.

İranın “ən ağır” Körpəsinin keysəriyyə əməliyyatı ilə doğulduğunu bildirən Dr. Ramazanpur bildirib ki, körpənin çəkisi anasının şəkər xəstəsi olması ilə əlaqədardır.

Körpənin ailənin 5-ci övladı olduğunu deyən iranlı həkim onun cinsi və adı ilə bağlı məlumat verməyib.