İranın Hörmüzqan vilayətində zorlama ittihamı ilə mühakimə olunan 3 nəfərin edam edildiyi bildirilib.
Tribunainfo.az xəbər verir ki, Hürmuzqan Baş prokuroru Mücteba Kahramani 2021-ci ildə həbs olunan və lisenziyasız gözəllik mərkəzi işlədən bu şəxslərin qadınlara tələ qurduğunu bildirib. Edam edilənlərin adları açıqlanmayıb.
Kahramani bildirib ki, zorlama ittihamı ilə həbs edilən 3 nəfərin edam hökmü bu gün səhər saatlarında Bəndər Abbas həbsxanasında icra olunub.
İranın baş prokuroru edam edilənlərin adlarını açıqlamasa da, bu şəxslərin lisenziyasız gözəllik mərkəzi işlətdiyini və sosial mediada qadınlar üçün tələ qurduğunu bildirib.