İranın Ərdəbil şəhərində yaşayış evində partlayış baş verib.
İranın Ərdəbil şəhərində yaşayış evində partlayış baş verib.
TİA.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata əsasən, partlayışa kimyəvi maddə səbəb olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.