Şəxsiyyəti açıqlanmayan sözügedən şəxsin ölkənin cənubundakı bir bölgədən gəldiyi, İsrail kəşfiyyatının yüksək rütbəli zabitləri ilə sosial media vasitəsilə yaxın təmasda olduğu və Mossad üçün kritik məlumatlar topladığı iddia edilib.
Tribunainfo.az Haber7-yə istinadən bildirir ki, İranın şimal-qərbindəki Ərdəbil şəhərində İsrailin xeyrinə casusluq etdiyi iddia edilən şəxsin tutulduğu bildirilir.
İran dövlət televiziyasının məlumatına görə, kəşfiyyat bölmələri prokurorluğun göstərişi ilə Ərdəbildə İsrailin xarici kəşfiyyat təşkilatı Mossad adından casusluq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilən şəxsi saxlayıb.