İran hökumət böhranının bir addımlığındadır. Tribunainfo.az xəbər verir ki, məsələ artıq parlament müstəvisində müzakirəyə çıxarılıb.
Belə ki, İran parlamenti ölkədə son günlər yaranmış enerji qıtlığı və istilik problem ilə əlaqədar böhranlı vəziyyətlə bağlı araşdırmalara başlayıb. Parlamentdəki radikal sağın nümayəndələrinin təkidi ilə iki nazirə inpiçment tətbiq edilməsi məsələsi qaldırılıb. Onlardan biri İranın neft naziri Məsud Mirkazemidir. O dünən məclisdə çıxışı zamanı bəyan edib ki, İranın enerji sektoru köhnəlib və onun yenidən qurulması uzun zaman tələb edir.
Lakin Mirkzaeminin çıxışı dindarlar, yəni radikal sol tərəfindən arqument kimi qəbul edilməyib.
İkinci şəxs isə İranın iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətidir. O, ölkədə iqtisadi böhranın baiskarı kimi təqdim olunub. Hər iki şəxsin işdən çıxarılması tələb edilsə də, spiker Qalibafın aranı sakitləşdirməsindən sonra müəyyən razılıq əldə olunub.
Yerli mənbələrin bildirdiyinə görə, Qalibaf bəzi araşdırma apardıqlarını, faktiki böhranın heç də bütün günahlarının bu iki şəxsdə olmadığını dəqiqləşdirdiklərini deyib. Bundan sonra impiçment məsələsi təxirə salınıb.
İran mollalarına yaxın “Həmşəhri” qəzeti isə bu barədə yazaraq, parlamenti diqqətli olmağa çağırıb. Qəzet bu addımların İranda hökumət böhranına səbəb olacağını vurğulayıb.