İranda hicab məsələsi hökumətlə mollaları üz-üzə qoyub

İranda hicab məsələsi hökumətlə mollaları üz-üzə qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, İran prezidenti Məsud Pezeşkianın israrlı tələblərindən sonra rejim qadınların hicab məsələsində sərbəst olması qərarı verib. Tribunainfo.az xəbər verir ki, son günlər rejimə bağlı mollalarla hökumət arasında məsələ ilə bağlı ciddi qarşıdurma müşahidə olunur.

Belə ki, Qum, İsfahan, Tehran və daha bir neçə şəhərin imam cümələri hökuməti sərt tənqid edərək, hicab məsələsinə qarışmamalarını tələb etməyə başlayıblar. Onlar bildiriblər ki, qadınların açıq-saçıq geyinməsi İranda “əxlaqsızlıq üçün” “zəmin” yaradır.

Lakin hökumət rəsmiləri mollaların bu yanaşmasını rədd edirlər. İran hökumətinin sözcüsü Fatimə Mühacirani bildirib ki, “Məcburi hicab uğursuz sınaqdır”.

Fərda Uğur