İranda hicab davası başladı

İranda hicab davası başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda “Hicab və İffət haqqında” qanun ətrafında hökumətlə mollalar arasında narazılıq yaranıb. Tribunainfo.az xəbər verir ki, buna səbəb tərəflər arasında hicab məsələsi ilə bağlı ciddi fikir ayrılığının olmasıdır.
Belə ki, Pezeşkian hökuməti hicabın məcburi qaydada tətbiqinə qarşıdırlar. Onlar hesab edirlər ki, bu, indiki həssas mərhələdə ciddi problemlərə, daxidlə qarşıdurmalara səbəb ola bilər. Hökumət rəsmiləri hicab qaydalarının tətbiq olunmasını, lakin onun günün şərtlərinə uyğun şəkildə tətbqinə tərəfdardırlar.
Bu əsnada, İran ziyalıları da qanunla bağlı fikirlərinə bölüşməyə başlayıblar. Onlar hesab edirlər ki, məcburiyyət məsələsi yaddan çıxarılmalıdır. “Biz ölkədə hicabın məcburi olmasını məqbul hesab etmirik. Çünki bu, insanların iradəsi və inanclarına qarşı çıxmaqdır. Hicab məsələsi insanların öz ixtiyarına buraxılmalıdır. Düzdür, bu heç də o demək deyil ki, kim necə istəyir elə geyinməlidir. Sadəcə, hicab məcburi olmamalıdır”.
Mollalar isə tamamilə əks fikirdədir. Tribunainfo.az xəbər verir ki, onlar nəinki hicabın məcburi olmasını, hətta evlərin inşası zamanı da “məhrəm-naməhrəm” məsələsinin tətbiqini tələb edirlər. Məsələn, “Hican və İffət haqqında” qanunun 22-ci maddəsində deyilir ki, evlər elə inşa olunmalıdır ki, başqalarının mənzillərinin içi qonşu pəncərədən baxıldıqda görünməməlidir.
Onlar Əxlaq Polisinin məsələyə nəzarət etməsini, qaydaları pozanlara külli miqdarda cərimə yazılmasını da tələb edirlər.