İran İsraillı müharibədən çıxdıqdan sonra “Qələbə yürüşü” təşkil etsə də, daxildə durumun yaxşı olmadığı barədə məlumatlar dolaşır.
Tribunainfo.az xəbər verir ki, xüsusən də SEPAH-ın son baş verənlərdən sonra rejim rəhbərliyi ilə ciddi fikir ayrılıqları yarandığı deyilir.
“Əl-Hədath” TV kanalı isə başqa bir iddia ilə çıxış edib. Həmin məlumata görə, SEPAH generalları İranda hakimiyyəti ələ keçirməyə hazırlaşırlar. “Yüksək rütbəli SEPAH rəsmiləri İranın ali dini lideri Əli Xamneyini əvəzləmək üçün danışıqlar aparır. Onlar hakimiyyəti götürmək istəyirlər”.
Fərda Uğur