İranda fars və erməni qrupları Güneydəki Azərbaycanlılara qarşı: aktiv hücum var

İranda fars və erməni qrupları Güneydəki Azərbaycanlılara qarşı: aktiv hücum var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsud Pezeşkianın hakimiyyətə gəlişindən sonra İrandakı bəzi siyasi dairələr tərəfindən Güney Azərbaycan türklərinə qarşı ciddi və olduqca təhlükəli münasibət ortaya çıxıb.

Tribunainfo.az xəbər verir ki, Pezeşkianın əslən Azərbaycan türkü olması və davamlı olaraq rəsmi tədbirlərdə türkcə danışması bu prosesi bir qədər də qızışdırıb.

Qeyd edək ki, SEPAH-ın keçmiş komandanı Möhsün Rafiqdostun Təbrizliləri “bisavad” adlandırmasının ardından, Tehran Universitetinin İran Araşdırma Mərkəzi də buna bənzər addım atıb. Belə ki, bir qədər əvvəl əslən Güney Azərbaycandan olan, İranın XİN başçısı olmuş Əli Əkbər Salehinin İran Araşdırmalar Fondunun rəhbərliyinə namizəd olması sözügedən qrupun qəzəbinə səbəb olub. Məlumatlara görə, Tehran Universitetinin İran Araşdırma Mərkəzi Salehinin namizədiliyinə qarşı çıxıb. Hətta səsvermə zamanı ona rəy verməkdən imtina ediblər.

Bunun Salehinin islahatçı olması ilə bağlı ola biləcəyi düşünülsə də, sonradan aydın olub ki, məsələnin onun siyasi baxışları ilə deyil, məhz milliyyəti ilıə əlaqəsi var. Tehran Universitetinin İran Araşdırma Mərkəzi birmənalı olaraq, Əli Əkbər Salehinin məhz türk olmasına görə, sözügedən fonda rəhbər olmasını istəmədiklərini bildirib.

Tribunainfo.az bildirir ki, Tehran Universitetinin İran Araşdırmalar Mərkəzi uzun zamandır fars və ermənilərin təsiri altındadır. Bu mərkəzdə Anti-Azərbaycan qruplaşması da var ki, onlar uzun zamandır Azərbaycan Respublikası əleyhinə təbliğat aparmaqla yanaşı, İrəvan Dövlət Universiteti ilə sıx əməkdaşlıq edərək, ölkəmizdə etnik separatizmi qızışdırmağa çalışırlar. Həmin mərkəzdə təmsil olunanlardan biri isə İran ermənilərindən olan tarixçi Andranik Simonyan və İran Hay Dat Komitəsinin rəhbəri İsak Yunanesyandır.

Amma onlara himayədarlıq edənlər arasında atni Azərbaycan mövqeyi ilə tanınan, mütəmadi olaraq Bakıya qarşı təbliğat aparan TU-nin nəzdində fəaliyyət göstərən Qafqaz Araşdırmaları Fondunun baş direktoru Cəfər Xaşe, TU-nin professoru Hadi Rəhmani Səid və TU-nin digər professoru qatı anti-Azərbaycan mövqeyi ilə tanınan Əhməd Kazımi də var.