2018-ci ilin yanvarın 1-nə keçən gecə İranda etiraz aksiyasının iştirakçıları Ali lider ayatolla Əli Xomeyni iqamətgahına yürüş ediblər.
TİA.AZ-ın xəbərinə görə, bu barədə Al Arabia telekanalı məlumat yayıb.
Məlumata əsasən, minlərlə aksiya iştirakçısı Tehranda Xomeyninin iqamətgahı yerləşdiyi Pastera küçəsində toplaşıblar. Güc strukturları ərazidə təhlükəsizlik tədbirlərini gücləndiriblər.
İran hökumətinin etirazçılara qarşı sərt tədbirlə görüləcəyi barədə xəbərdarlığına baxmayaraq, ölkə ərazisində aksiyalar davam edir.