İranda ətin bahalaşması haqda xəbər yayımlayan qəzet bağlandıbackend

İranda ətin bahalaşması haqda xəbər yayımlayan qəzet bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İranda “Sazəndegi” qəzeti ölkədə ətin qiymətinin əlçatmaz həddə bahalaşması ilə bağlı məqaləsinə görə molla rejimi tərəfindən bağlandı.

Tribunainfo.az Azad İran telegram kanalına istinadən xəbər verir ki, qəzet ölkədə payların qeyri-bərabər bölünməsini ifşa edən və ətin qiymətinin yarım milyon tümənə qalxmasına qarşı tədbir görməyə çağıran məqaləyə görə bağlanıb.

Qeyd edək ki, qəzet “Ətin tüğyanı” və “Ət orta və fəhlə sinfinin süfrəsindən necə yoxa çıxdı” başlığı ilə yazı dərc edib.