İranda devalvasiya pik həddəbackend

İranda devalvasiya pik həddə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran-İsrail savaşı xəbərləri artdıqca İranda iqtisadi böhran daha dərin şəkil almağa başlayıb. Tribunainfo.az xəbər verir ki, dünən xəbərlərdən təsirlənən İran bazarında dollar və avro kəskin bahalaşıb.
Belə ki, hazırda 1 dollar 68.5 min, 1 avro isə 74.2 min tümənə satılır. Son iki gündə tümən dollar qarşısında 5000 tümən və ya 14 faiz, avro qarşısında isə 6 min tümən və ya 9 faiz ucuzlaşıb.
Müharibə riski səbəbindən qızıl alışı da sürətlənib. İran Statistika Komitəsi bildirib ki, bu ilin 6 ayı ərzində xaricdən ölkəyə 57 ton qızıl gətirilib. Və onun hamısı satılıb.
Hazırda İranda ciddi iqtisadi və sosial böhran yaşandığını bildirən ekspertlər prosesin uzun çəkməyəcəyini və ölkədə ciddi etirazların baş qaldıracağını proqnozlaşdırırlar.