Dünən İranda çörəyin qiyməti bahalaşıb. Tribunainfo.az xəbər verir ki, yeni artım 25 faizi əhatə edir.
Rəsmi qurumlar bahalaşmanın səbəblərini izah etməyiblər. Lakin 10 əyalətdə bununla bağlı araşdırma aparacaqlarını bildiriblər.
Bundan başqa, İranda tibb işçilərinin də kütləvi şəkildə tətilə başladıqları məlum olub. Bu gün İran Müəllimlər Federasiyası, Yəzd və Xuzistan xəstəxanasının tibb heyəti də onlara qoşulub. Səbəb isə maaşların azalığı, iş saatının çoxluğudur. Tətilçilər maaşlarının artırılmasını, iş saatının tənzimlənməsini və əlavə işçi qüvvələrinin xəstəxanalara cəlb edilməsini tələb edirlər.