İranda çərşənbə mərasimlərində 26 nəfər ölüb, 4360-dən çox yaralı var

İranda çərşənbə mərasimlərində 26 nəfər ölüb, 4360-dən çox yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Novruz çərşənbələri ilə bağlı mərasimlərdə ölənlərin sayı artıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib.

Ölənlərin sayı 26-ya çatıb.

Bildirilib ki, şənliklərdə yaralananların sayı 4360-ü keçib.

İranın fövqəladə hallar xidmətinin rəhbərinin sözlərinə görə, bayram günlərində 1400-ə yaxın təcili tibbi yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib.

Təkcə Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1800 çağırış daxil olub, 2 paytaxt sakini ölüb.