İran daha bir korrupsiya hadisəsi səbəbindən çalxalanır. Tribunainfo.az xəbər verir ki, bu dəfə xaricdən düyü alınması zamanı yeyilən puldan söphbət gedir.
İranlı deputat Mehrdad Lahoti bəyan edib ki, düyü idxalında 1,4 trilyon tümənlik (təxminən 300 milyon dollarlıq) korrupsiyaya yol verilib. O qeyd edib ki, dövlət tərəfindən ayrılan pulun bir qismi xaricdən düyü alınmasına xərclənib. “Rəsmi sənədlərdə bir ton düyü 300 dollara alınıb. Rəsmi sənədlərdəki müqayisə isə təsdiq edir ki, təxminən 300 milyon dollar yeyinti olub. Yəni, həmin pullar kimlərinsə cibinə axıb”.
Qeyd edək ki, bundan öncə də İranda qalmaqallı korrupsiya hadisəsi baş vermişdi. Rəisi dövründə xaricdən çay alınması adı altında büdcədən 1.3 milyard dollar pul çıxarılmışdı. Lakin həmin pulun 10 faizi qədərində çay alınmışdı.
Hazırda həmin işlə bağlı məhkəmə prosesi gedir. Lakin mühakimə olunanlar arasında keçşmiş hökumətin heç bir rəsmisi yoxdur.